Almaniyadan Rusiyaya ittiham- Dronla hava limanını vurmağa CƏHD EDİB

Almaniyadan Rusiyaya ittiham- Dronla hava limanını vurmağa CƏHD EDİB
22:00

Almaniya hökuməti Leypsiq/Halle hava limanında avqust ayında baş verən dron hücumuna cəhdin arxasında Rusiyanın dayandığını açıqlayıb. 

News365.az xəbər verir ki, Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bildirib ki, araşdırmalar və kəşfiyyat məlumatları hücumda Rusiya dövlət qurumları adından fəaliyyət göstərən şəxslərin iştirak etdiyini göstərir.

Berlin buna cavab olaraq Rusiyanın Bonn şəhərindəki baş konsulluğunu bağlamaq və Berlindəki “Rusiya Evi” mədəniyyət mərkəzinin fəaliyyət müqaviləsini ləğv etmək qərarı verib. 

Həmçinin Rusiyaya qarşı Aİ səviyyəsində yeni sanksiyaların tətbiqi nəzərdən keçiriləcək. 

Rusiya isə Almaniyanın ittihamlarını rədd edib. 



Sizin reklam burada
Sizin reklam burada