Sumqayıtda 46 yaşlı qadını maşın vurub öldürdü

Sumqayıtda 46 yaşlı qadını maşın vurub öldürdü
17:20

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə şəhərin Yaşıl Dərə yaşayış massivində qeydə alınıb.

Avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Gülnarə Rafiq qızı Süleymanovanı vurub. Zərbənin təsirindən ağır xəsarət alan qadın hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları və aidiyyəti xidmətlərin əməkdaşları cəlb olunub.

Fakt üzrə araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada