Bakıda torpaq sahələrinin qiyməti ərazidən asılı olaraq ciddi şəkildə dəyişir.
News365.az xəbər verir ki, ən yüksək qiymətlər şəhərin mərkəzi və tikinti potensialı yüksək olan ərazilərində qeydə alınır.
Elanlara əsasən, “İçərişəhər” metrosu yaxınlığında torpağın bir sotunun qiyməti təxminən 1 milyon manata çatır. Badamdar, “28 May” və “Xətai” metroları ətrafı da ən bahalı ərazilər sırasında yer alır.
Bundan başqa, “Ulduz” metrosu yaxınlığında 300 sot torpaq 40 milyon manata, “Dərnəgül” ərazisində isə 350 sot sahə 38 milyon manata satışa çıxarılıb. Bilgəhdə 39 hektarlıq torpaq sahəsi isə 58,5 milyon manat qiymətlə təklif olunur.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin məlumatlarına əsaslanan bazar təhlilində də Nərimanov, Nizami, Xətai və Səbail rayonlarında torpaq qiymətlərinin yüksək olduğu bildirilir.
2026-cı ilin iyununda Bakı üzrə torpağın median qiyməti 15 750 manat/sot təşkil edib.