Avqustun 31-də polis əməkdaşları ölkə ərazisində 46, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News365.az-a bildirilib ki, axtarışda olan 133 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 96-sı borclu şəxs qismində axtarışda olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyatlar zamanı narkotiklərlə əlaqəli 10 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 4 fakt müəyyən edilib.
Həmçinin cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.