232 minlik malı qanunsuz keçirmək istədilər

232 minlik malı qanunsuz keçirmək istədilər
17:00

Balakən Gömrük İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən kompleks gömrük nəzarəti tədbirləri nəticəsində gömrük nəzarətinə bəyan edilməyən mallar aşkar edilib.

News365.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, idarənin "Mazımqara" gömrük postunda Gürcüstandan ölkəmizə gələn, qarışıq yüklər daşıyan iki yük nəqliyyat vasitəsində yoxlama aparılıb.

Yoxlama nəticəsində nəqliyyat vasitələrindən, ümumilikdə 232 min 185 manat dəyərində gömrük nəzarətinə bəyan edilməyən və düzgün bəyan edilməyən linzalar, məişət avadanlıqları, tibbi və kosmetik vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada