"Zenit"in futbolçusu Du Keyros "Sabah"a keçib

"Zenit"in futbolçusu Du Keyros "Sabah"a keçib
21:40

"Sabah" heyətinə yeni futbolçu qatıb.

 News365.az xəbər verir ki, bu barədə ölkə çempionu məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi Du Keyros Rusiyanın "Zenit" klubundan icarəyə götürülüb. Müqaviləyə əsasən, 26 yaşlı futbolçu cari mövsümün sonunadək "Sabah"ın üzvü olacaq. Klub icarə müddəti başa çatdıqdan sonra futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir. Du Keyros karyerası ərzində Braziliyanın "Korintians" (2021–2023), "Qremio" (2024) və "Sport Resife" (2025), Rusiyanın isə "Zenit" (2023–2024) və "Orenburq" (2025–2026) klublarında çıxış edib.


Sizin reklam burada
Sizin reklam burada