Böyük Britaniyada başa çatan yay 1884-cü ildən aparılan meteoroloji müşahidələr tarixində ən isti yay olub.
News365.az xəbər verir ki, bu barədə Britaniyanın Meteorologiya Xidməti məlumat yayıb.
Xidmətin ilkin məlumatlarına görə, iyun-avqust aylarında Böyük Britaniyada sutkalıq orta temperatur 16.5 dərəcə təşkil edib. Ölkədə beş istilik dalğası qeydə alınıb, havanın temperaturunun 30 dərəcədən yuxarı olduğu 40 gün olub. Əvvəlki rekord 1995-ci ildə qeydə alınıb və həmin il temperaturun 30 dərəcədən yuxarı olduğu 34 gün olub.
Böyük Britaniyada yayın və ümumilikdə 2026-cı ilin ən isti günü avqustun 13-ü olub. Həmin gün temperatur 38.1 dərəcəyə yüksəlib. Bununla belə, ölkədə mütləq temperatur rekordu 2022-ci ildə qeydə alınıb - 40.3 dərəcə.