Real TV dəyişilir? - Mirşahin Ağayev çağırış etdi

Real TV dəyişilir? - Mirşahin Ağayev çağırış etdi
18:23

Real TV-nin rəhbəri Mirşahin Ağayev izləyicilərinə çağırış edib. Sosial media hesabında oxucu və izləyicilərinə səslənən Ağayev yeni mövsümlə bağlı anons verib. 


"Hörmətli İzləyicilər!

Hörmətli Tamaşaçılar!


Real TV yeni mövsümə rəqəmsal platformalarda iş mexanizmini əhəmiyyətli şəkildə yeniləyərək başlayır. Bu prosesə təxminən bir ay əvvəl formalaşdırdığımız peşəkarlardan ibarət Sosial Media şöbəsi rəhbərlik edir.


Azərbaycan telekanallarının avqust ayı üzrə “YouTube” baxış reytinqi göstərir ki, Real TV-nin nəticələri ötən ayla müqayisədə dəfələrlə artıb. Ancaq bu, ümumi mənzərənin yalnız bir hissəsidir:


▪️ Facebook, Instagram və TikTok: 30 460 599 baxış

▪️ “YouTube” daxil olmaqla ümumi nəticə: 34 093 990 baxış


Ötən ay bütün rəqəmsal platformalar üzrə təxmini göstəricimiz 7,34 milyon baxış idi. Avqustda isə bu nəticə 34,09 milyon baxışa yüksəlib. Beləliklə, cəmi bir ay ərzində ümumi baxış sayında təxminən 364,5 faiz artım qeydə alınıb. Başqa sözlə, nəticəmiz ötən ayla müqayisədə 4,6 dəfədən çox artıb.


“YouTube” üzrə nəticə isə ayrıca diqqətəlayiqdir. İyulda 700 min olan baxış sayı avqustda 3 633 391-ə çatıb. Bu, bir ay ərzində 2 933 391 əlavə baxış və ya 419,1 faiz artım deməkdir.


Əlbəttə, rəqəmlər görülən işin miqyasını göstərir. Amma biz bunu son nəticə deyil, yeni mərhələnin başlanğıcı hesab edirik.


Real TV-nin Sosial Media şöbəsinin hər bir üzvünə peşəkarlığına, çevikliyinə və əzmkarlığına görə minnətdarlığımı bildirirəm.


Sizdən isə bir istəyim var, hörmətli izləyicilər: Real TV-ni rəqəmsal platformalar da daxil olmaqla bütün yayım kanallarında izləyin!" - deyə paylaşımda qeyd olunub. 


Sizin reklam burada
Sizin reklam burada