Hər gün milyonlarla insanın atdığı qəhvə çöküntüsü gələcəyin yanacağına çevrilə bilər.
News365.az xəbər verir ki, alimlər istifadə edilmiş qəhvə qalıqlarından biodizel istehsal etməyin səmərəli üsulunu hazırlayıblar.
Bu üsul tullantıların yenidən istifadəsinə imkan yaratmaqla yanaşı, qəhvə qalıqlarından digər alternativ yanacaq və kimyəvi məhsulların əldə edilməsinə də şərait yarada bilər.