Zaqatalaya leysan yağdı, bəzi ərazilərə dolu düşdü - FOTO/VİDEO

Zaqatalaya leysan yağdı, bəzi ərazilərə dolu düşdü - FOTO/VİDEO
08:52

Ötən gün axşam radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsində hava şəraiti kəskin dəyişib.

Ölkə ərazisinə Balakən rayonu istiqamətindən daxil olan qeyri-sabit hava şəraiti bölgədə güclü leysan və küləklə müşahidə olunub.

Bir saata yaxın davam edən və güclü küləklə müşahidə olunan leysan yağışları nəticəsində çaylarda suyun səviyyəsi artıb. Zaqatala şəhərinin yuxarı dağlıq ərazilərinə, həmçinin Car, Yuxarı Tala, Aşağı Tala, Muxax və Sumaylı kəndlərinin ərazisinə qısamüddətli dolu yağıb.

Hazırda bölgədə sabit hava şəraiti müşahidə olunur.


Sizin reklam burada
Sizin reklam burada