Bəzi yerlərdə qaz olmayacaq

Bəzi yerlərdə qaz olmayacaq
21 İyl 2026 21:50

Paytaxtın bəzi yerlərində qaz kəsiləcək.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 08:00-dan işlər başa çatanadək Qaradağ rayonunun Səngəçal, Umbakı və Əzimkənd qəsəbələrinin, Yol evləri və Bağ evləri yaşayış massivlərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.


Sizin reklam burada
Sizin reklam burada