Ayaqqabıdakı xoşagəlməz qoxunu azaltmaq üçün istifadə olunan təbii üsullardan biri də dəfnə yarpağıdır.
News365.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu bitkinin tərkibində olan efir yağları müəyyən bakteriyaların çoxalmasını zəiflədə və ayaqqabının içərisində daha təravətli mühit yarada bilər.
Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, dəfnə yarpağı problemi tam həll etmir. Bu üsul nə ayaqların həddindən artıq tərləməsinin qarşısını alır, nə də göbələk infeksiyalarını müalicə edir. O, yalnız xoşagəlməz qoxunun azalmasına kömək edən əlavə vasitə kimi qiymətləndirilir.
Mütəxəssislər ayaq sağlamlığını qorumaq üçün gündəlik gigiyenaya riayət etməyi, corabları mütəmadi dəyişməyi, ayaqqabıları qurudub havalandırmağı və uzun müddət nəm qalmamasına diqqət yetirməyi tövsiyə edirlər.