Zabratda güclü YANĞIN BAŞLAYIB

Zabratda güclü YANĞIN BAŞLAYIB
21 İyl 2026 19:10

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

News365.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Sizin reklam burada
Sizin reklam burada