Ötən gün Azərbaycan
Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev Berlində “söyüş müxalifəti”nin nümayəndəsi Tural
Sadıqlıya söylədikləri ölkə gündəmini mə.ğul edib. Hər kəs tutarlı cavab üçün
Hikmət Hacıyevə öz ehtiramını bildirir.
Sabiq Millət
vəkili Etibar Əliyev də məsələyə münasibət bildirib. O, özünün sosial səhifəsində
bunları qeyd edib:
“Məntiqin məqsədi
insanı yanlışlıqdan qoruyan biliklər verməkdir. Məntiq məhz o elmdir ki, dərk
olunmayanı dərkolunanın köməyi ilə açır. Yəni əsl həqiqət nədir və ona yaxın
olan hansıdır? Yaxud nə yalandır və onların hansı növləri vardır? Bu suallara məntiq
cavab verir.
Məntiqi bu
cür izah etməyimə səbəb Prezidentin köməkçisi Hikmət Hacıyevin Almaniyada
mühacir-bloger Tural Sadıqlı ilə qısa dialoqu səbəb oldu. Əslində Hikmət
Hacıyev soyuqqanlı davranışı və polad məntiqi ilə Turalı dərslərində
"qeyri-kafi" alan şagirdin vəziyyətinə saldı. Doğrudan da həqiqət mükəmməl
dəyərdir.
Həqiqətə
inam insan həyatının radikal faktıdır və əgər biz həqiqəti amputasiya ediriksə
həyat illüziya və absurda qərq olur.
Xaricdə yaşayan
siyasi mühacirlərin əksəriyyəti həqiqəti çoxdan amputasiya ediblər və elə bu səbəbdən
də absurd həyat yaşayırlar.
Bir dəfə
dahi Bertran Rasseldən soruşurlar ki, kimi əsl centlmen hesab etmək olar. Məşhur
britaniyalı suala belə cavab verir: "Centlmen o adamdır ki, onunla ünsiyyətdə
hər bir kəs istər-istəməz centlmen olur".
Tural
Sadıqlı Hikmət Hacıyevlə söhbətdən centlemen ola bilməzdi. Çünki rüşeym yoxdur”.
News365.az