Şimali Makedoniyada üç mindən çox insan sudan zəhərlənib

Şimali Makedoniyada üç mindən çox insan sudan zəhərlənib
21 İyl 2026 23:21

Şimali Makedoniyanın Qostivar şəhərciyində 3 000-dən çox insan sudan zəhərlənib.

Bu barədə trn.mk və DW-nin materialları xəbər verir.

Hesab edilir ki, zəhərlənməyə şəhər su kəmərindəki suyun bakterial çirklənməsin səbəb olub.

Şimali Makedoniya Səhiyyə Nazirliyinin son məlumatlarına görə, problemin aşkar edildiyi vaxtdan bəri 3 150 zəhərlənmə halı qeydə alınıb. Dörd nəfərin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.

Qostivar Prokurorluğu su təchizatına cavabdeh olan "Komunalets" müəssisəsinin direktoru və daha iki texniki rəhbər barəsində cinayət işi qaldırıb. Onlar səhlənkarlıq ucbatından 22 gün ərzində su kəmərinə təhlükəli suyun daxil olmasına şərait yaratmaqda şübhəli bilinirlər. Vəzifəli şəxslər həbs ediliblər.

Ehtimal olunur ki, onlar iyunun 25-də şəbəkədəki təzyiqi yoxlamaq məqsədilə açıq su kanalına üç nasosun quraşdırılması barədə göstəriş veriblər. İyulun 16-da keçirilən yoxlama zamanı nasosların hələ də işlədiyi və kanaldan bakteriya ilə çirklənmiş suyun kəmərə daxil olduğu üzə çıxıb.

Su kəmərindəki suyun təhlükəsizliyi yenidən təsdiqlənənə qədər ondan içməli su kimi və yemək hazırlanmasında istifadə olunması qadağan edilib.


Sizin reklam burada
Sizin reklam burada