"Kişilər sevməyi bacarmır" ifadəsi doğru deyil.
Yox, mən hələ sevgiyə yüksəlməyi bacarmayan, sevgiyə sadəcə əyləncə və macəra kimi baxanlardan danışmıram. Mən əsl kişilərdən danışıram. Çünki əsl kişi fədakarcasına sevər".
Bu fikirləri bloger Ülviyyə Məmmədova səsləndirib.
O, əlavə edib ki, onların sevgisi həssas, səmimi və həqiqidir. Bəli, onlar nadir hallarda qəlbdən vurulub sevərlər. Amma sevdilərmi, ruhlarının ən dərin yerinə qədər sevərlər.
Bəlkə hisslərini hər zaman gözəl sözlərlə ifadə edə bilməzlər. Amma əməlləri hər şeydən daha ucadan danışar. Hər davranışları sevgilərinin, sədaqətlərinin və məsuliyyətlərinin sübutu olar.
Kişi həqiqətən sevəndə səni hər şeydən, hər kəsdən, hətta özündən belə qoruyar. Sənin rahatlığını öz rahatlığından üstün tutar. Qadının göz yaşını deyil, təbəssümünü görmək istəyər.
"Kişilər sevməyi bacarmır" sözünü, bəlkə də, heç vaxt həqiqətən sevilməyən qadınlar uydurublar. Çünki həyatlarında onları dünyanın ən dəyərli insanı kimi görən, ovucunun içində qoruyan, uğrunda mübarizə aparan və sevgisini hər gün davranışları ilə göstərən bir kişi olmayıb.
Kişilər sevməyi bacarır. Sadəcə, həqiqi sevgi də, həqiqi kişi də hər kəsə nəsib olmur".
News365.az