“Porsche” sürən kirayədə qalır? İnanan daşa dönsün!” – deyib Vüsaləni əsəbiləşdirdilər

“Porsche” sürən kirayədə qalır? İnanan daşa dönsün!” – deyib Vüsaləni əsəbiləşdirdilər
21 İyl 2026 22:10

İllərdir sosial şəbəkə hesabında dəbdəbəli həyat tərzini nümayiş etdirən Vüsalə Əlizadə dilə-ağıza düşüb.

Aparıcının villasından, geniş həyətindən, bahalı interyerə malik evindən, lüks avtomobilindən və istirahətlərindən paylaşdığı görüntülər çoxlarında həsəd yaradıb.

Məhz buna görə onun “kirayədə qalıram” açıqlaması bu dəfə izləyicilər arasında təəccüb, etiraz və istehza ilə qarşılanıb.

Aparıcı hazırda yaşadığı evdən köçdüyünü bildirərək bunun onun üçün ağır proses olduğunu yazıb.
 

V.Əlizadə paylaşımında illərdir övladının təhsili və gələcəyi üçün bu yükə qatlaşdığını, kirayədə qaldığı hər evə doğma evi kimi bağlandığını qeyd edib. O, tezliklə öz evinə köçməyi arzuladığını vurğulayıb.


Lakin aparıcının bu sözləri izləyicilərin böyük əksəriyyətini inandıra bilməyib. Sosial media istifadəçiləri Vüsalənin uzun müddətdir sosial şəbəkədə bağ evini, bahalı avtomobilini və komfortlu yaşayışını nümayiş etdirdiyini xatırladaraq kirayədə yaşaması ilə bağlı dediklərini səmimi hesab etməyib.

Şərhlərdə “Porsche” sürən biri necə kirayədə qala bilir?", "Vaxtilə bağ evini, lüks maşınını özün paylaşırdın, indi necə oldu kirayədə qaldın?", "Sənin istirahət etdiyin məkanların qiyməti bir evin puludur", "Bağ evi varsa, ya orada yaşa, ya da satıb ev al" kimi fikirlər yer alıb.

Bəzi istifadəçilər isə aparıcını yalan danışmaqda, insanları aldatmaqda və özünü yazıq göstərməyə çalışmaqda ittiham ediblər.

Rəylərdə teleaparıcının paylaşımına dəstək verən şərhlərə isə demək olar ki, rast gəlinməyib.

Qeyd edək ki, Vüsalə Əlizadə paylaşımının sonunda "Allah qismət etsin, tezliklə öz evimizə köçək" sözlərini yazaraq, onu tənqid edənləri Allaha həvalə etdiyini bildirib. (yenisabah.az)





Sizin reklam burada
Sizin reklam burada