Xilasedicilər Qayana sahillərində bərə qəzası zamanı boğulan 41 nəfərin meyitini aşkar ediblər.
Bu barədə "Reuters" rəsmilərin məlumatları xəbər yayıb.
Qeyd olunur ki, 77 nəfər xilas edilib. Qəza bölgəsindəki axtarış-xilasetmə əməliyyatına 16 gəmi, həmçinin dalğıclar cəlb olunub.
Xatırladaq ki, iyulun 19-da "MV BARIMA" bərəsi Barima-Vaini regionuna gedərkən Qayana sahillərində aşıb. Son məlumatlara görə, gəminin göyərtəsində 179 nəfər olub. Qalan şəxslərin axtarışı davam edir.
Hakimiyyət orqanları qəzaya gəminin həddindən artıq yüklənməsinin və heyət üzvlərinin idarəetmədə buraxdığı səhvin səbəb ola biləcəyini ehtimal ediblər.