151 illik milli mətbuatımız təkcə tarix deyil, həm də bir ruhdur

151 illik milli mətbuatımız təkcə tarix deyil, həm də bir ruhdur
13:16

Hər bir xalqın mədəni kimliyinin, siyasi oyanışının və ictimai inkişafının əsas göstəricilərindən biri onun mətbuat tarixidir.

Bu gün Azərbaycan milli mətbuatı 151-ci ilini tamamlayır.

Bu sözləri News365.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

Deputat bildirib ki, 151 il sadəcə bir rəqəm deyil, xalqımızın fikir tarixinin, milli oyanışının və mənəvi dirçəlişinin işıqlı zirvəsidir:"Milli mətbuatımız zamanın çətin sınaqlarından keçdi. İnqilablar, müharibələr, işğallar və azadlıq uğrunda mücadilələr bu söz meydanını daha da möhkəmləndirdi. Lakin bu yol heç də həmişə hamar olmadı. Zaman oldu ki, həqiqət boğuldu, söz 'zəncirləndi'. Lakin xalqın ruhuna hopmuş mətbuat işığı heç zaman sönmədi. Çünki bu işığın arxasında bir amal dayanırdı – xalq üçün, millət üçün, vətən üçün yazmaq!""Senzuranın ləğvi mətbuat tariximizdə dönüş nöqtəsi oldu"A.Allahverənov vurğulayıb ki, bu amalı yüksəklərə qaldıran şəxsiyyətlərdən biri de ümummilli lider Heydər Əliyev olub:"Ulu Öndər mətbuatı cəmiyyətin güzgüsü, dövlətin dayağı hesab edir, onun azad və məsuliyyətli şəkildə fəaliyyət göstərməsini daim dəstəkləyirdi. 1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə senzuranın ləğv olunması mətbuat tariximizdə dönüş nöqtəsi yaşatdı. Bu qərar azad sözün zəncirlərdən qurtulduğu, milli jurnalistikanın həqiqi nəfəs aldığı tarixi andır.""Mətbuatın inkişafı dövlətin diqqət mərkəzindədir"Deputatın sözlərinə görə, bu müqəddəs ənənə bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir:"Dövlət başçısının rəhbərliyi ilə mətbuatın müasirləşdirilməsi, informasiya təhlükəsizliyi, peşəkarlığın artırılması və jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirilir. Media sahəsindəki islahatlar, Medianın İnkişafı Agentliyinin yaradılması, 'Media haqqında' qanunun qəbulu və jurnalistlərin dövlət səviyyəsində təltif edilməsi bu aləmə verilən yüksək dəyərin göstəricisidir."A.Allahverənov əlavə edib ki, Azərbaycan mətbuatı bu gün informasiya müharibəsi və rəqəmsal dezinformasiyalara qarşı mübarizə kimi yeni çağırışlarla üz-üzədir:"151 illik milli mətbuatımızın işığını yandıran Həsən bəy Zərdabi, onu qoruyan Ümummilli Lider Heydər Əliyev, bu günümüzü onunla yaradan və sabaha daşıyan isə Prezident İlham Əliyevdir. Bütün KİV nümayəndələrini və media fədailərini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edir, peşəkar fəaliyyətlərində uğurlar arzulayıram."


Sizin reklam burada
Sizin reklam burada