Yəmən ordusundan genişmiqyaslı əməliyyat - 500 husi zərərsizləşdirildi

Yəmən ordusundan genişmiqyaslı əməliyyat - 500 husi zərərsizləşdirildi
17:54

Yəmən ordusu son 24 saat ərzində Husilərin mövqelərinə, toplanma məntəqələrinə və əlavə qüvvələrinə qarşı 1272 əməliyyat keçirildiyini, bu əməliyyatlar nəticəsində təxminən 500 Husinin zərərsizləşdirildiyini açıqlayıb.

News365.az xarici mediaya istinadən xəbər verir ki, Yəmən Ordusunun sözçüsü, polkovnik Macid Abdullah ən-Nezili ABŞ-də yerləşən "X" şirkətinin sosial media platformasındakı hesabından yaydığı açıqlamada əməliyyatların "Yəmən şəfəqi" hərbi hərəkatı çərçivəsində reallaşdırıldığını bildirib.

Nezili son 24 saat ərzində Husilərin toplanma sahələrini, istehkamlarını, atəş nöqtələrini, hərəkət və təminat vasitələrini hədəf alan 1272 əməliyyat icra olunduğunu diqqətə çatdırıb.

Əməliyyatlar nəticəsində aralarında səhra komandirlərinin də olduğu təxminən 500 Husinin sıradan çıxarıldığını qeyd edən Nezili, hərəkat zamanı Husilərə məxsus 169 nəqliyyat vasitəsinin, hərbi texnikanın və ağır silahın məhv edildiyini və ya yararsız hala salındığını vurğulayıb.

Hökumət qüvvələrinin şimaldakı əl-Cövf, mərkəzi hissədəki Mərib və əl-Beyda, eləcə də cənubdakı Lahic və cənub-qərbdəki Taiz vilayətlərindəki bütün cəbhələrdə əməliyyatları davam etdirdiyini ifadə edən Nezili, aviasiya və artilleriya birliklərinin dəstəyi ilə hərbi hissələrin irəliləyişinə şərait yaradıldığını qeyd edib.



Sizin reklam burada
Sizin reklam burada