Məktəblilərə MyGov açılması valideynləri düşündürür: Uşaqlara telefon almalıyıq?

Məktəblilərə MyGov açılması valideynləri düşündürür: Uşaqlara telefon almalıyıq?
09:37

Məktəblilər üçün MyGov hesablarının açılması ilə bağlı yayılan məlumatlar valideynlər arasında suallar yaradıb. Telejurnalist Amil Xəlil də məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edərək uşaqların şəxsi məlumatlarının idarə olunması və elektron təhsil platformalarından istifadə məsələlərinə diqqət çəkib.

Jurnalist bildirib ki, məktəblərdən 7 yaşdan yuxarı uşaqlar üçün MyGov hesablarının açılması ilə bağlı məlumatlar daxil olur. Lakin hazırda tətbiqdə bir telefondan bir neçə profilə daxil olmaq mümkün deyil.

Amil Xəlil bu vəziyyətdə valideynlərin hər uşaq üçün ayrıca telefon almalı olub-olmadığını sual edib.

O, həmçinin MyGov-da qeydiyyat üçün yaş məhdudiyyətinin nə olduğunu və gələcəkdə tətbiqin yenilənməsi zamanı bir telefonda bir neçə profil əlavə etmək imkanının yaradılıb-yaradılmayacağını soruşub.

Paylaşımda qeyd olunub ki, məsələ yalnız MyGov-da qeydiyyatla məhdudlaşmır. Belə ki, şagirdlərdən elektron təhsil platformasından da istifadə etmələri tələb oluna bilər.

Telejurnalist bu məsələlərin valideynlər üçün əlavə çətinliklər yaratdığını vurğulayaraq, aidiyyəti qurumların mövzuya aydınlıq gətirməsinin vacibliyini diqqətə çatdırıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada