Gəncədə daha bir tibb müəssisəsi bağlanır

Gəncədə daha bir tibb müəssisəsi bağlanır
10:50

Gəncə şəhərində yerləşən reabilitasiya mərkəzi bağlanır.

News365.az-ın  xəbərinə görə, "Gəncə Reabilitasiya Mərkəzi" publik hüquqi şəxs (PHŞ) ləğv edilir.  Mərkəz Səhiyyə Nazirliyinə və onun strukturuna daxil olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabe idi.  2000-ci ildə dövlət qeydiyyatına alınan PHŞ Gəncə şəhəri, Nizami rayonu, 28 May küçəsi, ev 25 ünvanında qeydiyyatdadır. 

Xatırladaq ki, ötən il Səhiyyə Nazirliyinin Gəncə şəhərində yerləşən üç tibb müəssisəsi - Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi də ləğv edilmişdi.


Sizin reklam burada
Sizin reklam burada