Rəşad Abasov “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədr müavini təyin edilib.
News365.az xəbər verir ki, Bankın səhmdarlarının qərarı ilə təyinat noyabr ayından qüvvəyə minib.
Qeyd edək ki, Rəşad Abasov 2004-cü ildən “Rabitəbank”da çalışır. O, 2012-ci ildə bankın Daxili audit departamentinin direktoru, 2018-ci ildə isə Audit Komitəsinin sədri təyin edilib. R. Abasov 2024-cü ilin mayından bankın Müşahidə Şurasının üzvüdür.
Ümumilikdə isə bankın MŞ-nin tərkibi sədr Zakir Nuriyevlə birlikdə 5 nəfərdən ibarətdir. Müşahidə Şurasının digər üzvləri Rauf Əliyev, Rəhman Əliyev və Zaur Baxşəliyevdir. (APA)