Bakı-Ankara yaxınlaşması türk dünyasına güc verəcək

Bakı-Ankara yaxınlaşması türk dünyasına güc verəcək
12:30

Azərbaycan və Türkiyə arasında münasibətlərin gələcək inkişafı, iki ölkənin strateji tərəfdaşlığının qorunması və siyasi dialoqun gücləndirilməsi diqqət mərkəzindədir. Bu münasibətlərin yalnız Bakı və Ankara üçün deyil, bütövlükdə türk dünyası baxımından əhəmiyyət daşıdığı vurğulanır.

Jurnalist Azər Rəşidoğlu sosial şəbəkə hesabında Azərbaycan-Türkiyə əlaqələrinə dair fikirlərini bölüşüb.

O bildirib ki, iki ölkə arasında əməkdaşlıq indiyədək iki liderin hakimiyyəti dövründəki qədər yaxın və strateji xarakter daşımayıb.

Jurnalistin fikrincə, mövcud münasibətlərdə yaranmış soyuqluğun aradan qaldırılması mümkündür və bu istiqamətdə siyasi liderlərin üzərinə mühüm vəzifə düşür.

“Əminəm ki, iki siyasi lider münasibətlərdə yaranmış soyuqluğu aradan qaldırmağı bacaracaqlar. Çünki bu münasibətlər təkcə iki dövlətin deyil, bütövlükdə türk dünyasının maraqlarına xidmət edir”, – deyə Azər Rəşidoğlu qeyd edib.

O, Azərbaycan və Türkiyə arasında yaxınlaşmanın türk dünyasına qarşı çıxan qüvvələrə də mühüm mesaj olacağını vurğulayıb.

“Əminəm ki, bu yaxınlaşma türk düşmənlərinə növbəti şapalaq olacaq!” – deyə jurnalist fikirlərini tamamlayıb.


Sizin reklam burada
Sizin reklam burada