Alimlər məlumatı işıq vasitəsilə saxlamağın yeni yolunu araşdırıblar.
News365.az xəbər verir ki, Kaliforniya Universitetinin San-Dieqo kampusunun alimləri kompüter yaddaşında informasiyanı maqnitlər əvəzinə işıqdan istifadə etməklə saxlamağa imkan verən yeni texnologiya hazırlayıblar.
Tədqiqatçıların məqsədi daha kiçik, daha sürətli və daha az enerji sərf edən yaddaş qurğuları yaratmaqdır. Texnologiyanın gələcəkdə kompüterlərdə və məlumat mərkəzlərində istifadə oluna biləcəyi bildirilir.