Ermənistan Azərbaycana təcili delimitasiya TƏKLİF ETDİ

Ermənistan Azərbaycana təcili delimitasiya TƏKLİF ETDİ
13:25

Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyasının növbəti mərhələsi TRIPP layihəsinin həyata keçirilməsi üçün nəzərdə tutulan Sünik (Zəngəzur) bölgəsində vaxtından əvvəl reallaşdırıla bilər.

News365.az xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, TRIPP layihəsinin infrastrukturu ilə əlaqədar delimitasiya işlərinin növbədənkənar qaydada aparılması ehtimalı yüksəkdir.

“Düşünürəm ki, TRIPP-in infrastrukturu ilə əlaqəli delimitasiya işlərinin vaxtından əvvəl həyata keçirilməsi çox realdır”, - deyə Qriqoryan bildirib.

Baş nazirin müavini qeyd edib ki, layihə çərçivəsində elektrik ötürücü xətlərin, avtomobil yolunun və dəmir yolunun layihələndirilməsi işlərinə başlamaq istəyirlər.

“Bu üç infrastrukturun hamısı Sünikdə tikilməlidir”, - deyə o vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada