Azərbaycanda iki gündə 83 axtarışda olan şəxs saxlanıldı

Azərbaycanda iki gündə 83 axtarışda olan şəxs saxlanıldı
10:15

Azərbaycanda oktyabrın 31-i və noyabrın 1-də polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində bir sıra cinayətlərin üstü açılıb, axtarışda olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, qeyd olunan tarixlərdə ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin edilib.

Axtarışda olan ümumilikdə 83 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 51 nəfəri borclu şəxs qismində axtarışda olub.

Polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 6 fakt müəyyən edilib.

Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.


Sizin reklam burada
Sizin reklam burada