ABŞ-də seçki gərginliyi: Demokratlar üstün gəlir

ABŞ-də seçki gərginliyi: Demokratlar üstün gəlir
17:30
ABŞ-də noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində rəy sorğuları demokratların həm Senatda, həm də Nümayəndələr Palatasında üstünlük əldə edə biləcəyini göstərir.

News365.az xəbər verir ki, “RealClearPolitics” platformasının sorğu ortalamalarına əsasən, Senatda demokratların 47, respublikaçıların isə 45 yer qazanacağı proqnozlaşdırılır. Daha 8 yer uğrunda mübarizə davam edir.

Nümayəndələr Palatasında demokratların 227, respublikaçıların isə 182 yer əldə edəcəyi gözlənilir. Çoxluğu qazanmaq üçün 218 yer tələb olunur.

Hazırda Senatda respublikaçıların 53, demokratların 45 yeri var. Nümayəndələr Palatasında isə respublikaçılar 218, demokratlar 214 yerlə təmsil olunur.

Sizin reklam burada
Sizin reklam burada