Qazaxıstanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb

Qazaxıstanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb
17:20

Qazaxıstanın qərbində dövlət çevrilişinə hazırlaşmaqda şübhəli bilinən bir qrup şəxsin fəaliyyəti ifşa edilib.

News365.az xəbər verir ki, bu barədə “Tengrinews” Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinə (KNB) istinadən məlumat yayıb.

Bildirilib ki, Atırau şəhərində keçirilən əməliyyat zamanı 10 nəfər saxlanılıb. Onlar ekstremist qrup yaratmaqda, həmin qrupa rəhbərlik etməkdə və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinirlər.

Saxlanılanlara, həmçinin terrorizmi təbliğ etmək və dini nifrət yaratmaq ittihamları irəli sürülüb.

Müstəntiqlərin ehtimalına görə, qrup üzvləri Qazaxıstanın qərb bölgəsində konstitusiya quruluşunun əsaslarını zorla dəyişdirməyi planlaşdırıblar.


Sizin reklam burada
Sizin reklam burada