Şərurda anbarda yük aşıb, bir nəfər ölüb

Şərurda anbarda yük aşıb, bir nəfər ölüb
23 Okt 2026 19:00

Şərur rayonunda bədbəxt hadisə baş verib.

News365.az xəbər verir ki, rayonun İbadulla kəndində soyuducu anbarda yük rəflərinin aşması nəticəsində 2 nəfər yükün altında qalıb.

Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Rüqayyə Məmmədova həyatını itirib. 1976-cı il təvəllüdlü Səidə Zamanova xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şərur rayon prokurorluğunda araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada