Messi karyerasının ən böyük uğurunu açıqlayıb

Messi karyerasının ən böyük uğurunu açıqlayıb
17:40

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi 2022-ci ildə dünya çempionluğunu qazanmağın futbolçu karyerasının ən yüksək nöqtəsi olduğunu bildirib.

News365.az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.

Messi dünya çempionatında qazandığı qələbənin onun üçün sadəcə arzu deyil, bundan daha böyük məna daşıdığını vurğulayıb:

"Dünya çempionluğunu qazanmaq karyeramın zirvəsidir. Bu mənim üçün sadəcə arzudan daha böyük bir şey idi. Fransa yığmasına qarşı finalda vurduğum qollar karyeramın ən vacib qolları oldu. Çünki onların mənası, əlbəttə ki, oyunun əhəmiyyəti ilə bağlı idi".


Sizin reklam burada
Sizin reklam burada