Meksikada əyləncə parkında baş verən faciə gənc qızın həyatı bahasına başa gəlib. Təhlükəsizlik kilidinin açılması nəticəsində hündürlükdən yerə düşən 18 yaşlı tələbə həyatını itirib.
News365.az xəbər verir ki, hadisə Meksikanın Aşağı Kaliforniya Sur ştatında, turistlərin üz tutduğu Los-Kabos bölgəsində baş verib. Məlumata görə, 18 yaşlı universitet tələbəsi Qabriela Rodriges Tesoko bölgədə keçirilən ənənəvi bayrama qatılıb. O, əylənmək üçün öz oxu ətrafında sürətlə fırlanan yelləncək tipli qurğuya minib.
Əyləncə qurğusu sürətlə fırlanarkən gənc qız bir neçə metr hündürlükdən yerə düşüb. Hadisə nəticəsində ağır xəsarətlər alan tələbə həyatını itirib. Marqarita pizza
Hadisənin şahidləri baş verənləri mobil telefonla lentə alıblar. Görüntülərdə qurğu hərəkətdə olarkən gənc qızın təhlükəsizlik kilidinin qəfil açılması nəticəsində yerə düşdüyü görünür.
Hadisə ilə bağlı texniki araşdırma aparılır. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi və hadisədə səhlənkarlığı olan şəxslərin üzə çıxarılması üçün də istintaq başladılıb.
