Xəbər
verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev "Konstitusiya
və Suverenlik İli" münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli
sürüb.
Və amnistiya
aktı müzakirə və qəbul üçün Milli Məclisə göndərilib. Dekabrın 16-da və 17-də
Milli Məclisin komitələrində amnistiya aktı müzakirə edildikdən sonra plenar
iclasa tövsiyyə olunub.
Qeyd edək
ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi,
3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması
cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər
cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin
cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin
və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən
Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında
iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz
itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə
qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60
yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və
digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə
tutulur.
Bununla
yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə doğurmayan və ya az ağır cinayət,
habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına
məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş
hissəsi azaldılacaq.
Amnistiya
aktı 20 mindən artıq məhkumu əhadə edəcək. Bu da o deməkdir ki, onminlərlə
insan bu aktın sevincini dadacaq. Maraqlıdır ki, bu dəfəki Amnistiya aktı 16
kateqoriya məhkumlara şamil ediləcək. Onların arasında 44 günlük müharibənin,
antiterror əməliyyatlarının iştirakçıları, hətta onların yaxın qohumları da
var.
Maraqlıdır
ki, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunanlar istisna olmaqla, təyin
edilmiş cəzanın müddətindən asılı olmayaraq qadınlar azadlıqdan məhrum etmə cəzasından
azad ediləcəklər. Bundan başqa 18 yaşına çatmamış şəxslərə amnistiya tətbiq
olunacaq. Layihəyə əsasən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum
olunlar istisna olmaqla təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq 18
yaşına çatmamış şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər.
“Konsitusiya
və Suverenlik ili” münasibəti ilə amnistiya aktının verilməsi əslində gözlənilirdi.
Çünki Cənab Prezidentin həmişə humanist addımları olub. Əfv fərmanları verməklə
hər il yüzlərlə ailəni sevindirib, yüzlərlə insana sağlam həyata qayıtmaq üçün
ikinci bir şans verib. Bu il də ənənə pozulmadı. Və növbəti dəfə amnistiya ilə bağlı qanun layihəsi Milli Məclisə
göndərildi.
Nəzərə alaq
ki, bu dəfəki amnistiya aktının miqyası çox genişdir. Eyni zamanda məhkumların
kateqoriyası da artırılıb.
Belə ki,
ağır cinayətlər törədənlər və Vətənə xəyanət edənlər istisna olmaqla minlərlə məhkum
bu humanist addımdan yararlanacaq.
Ona görə də Ölkə
başçısının bu humanist addımını hər kəs yüksək qiymətləndirir və alqışlayır. Bu
humanist addım ilk növbədə dövlətin gücünü göstərir. Çünki güclü dövlətlər
bağışlamağı bacarır.
Məhz bu amnistiya aktı ilə Prezident
İlham Əliyev sübut etdi ki, dövlət gücünü cəzada yox, mərhəmətdə görür. Eyni
zamanda cəmiyyətə də bir mesaj verilir ki, dövlət cinayət etmiş şəxslərə yenidən
normal həyata qayıda bilmələri üçün ikinci şans tanıyır ki, o adamlar gələcəkdə
dövlət və xalqın xeyri naminə çalışsınlar.
Bir sözlə, Prezident
İlham Əliyev növbəti dəfə Azərbaycan dövlətinin nə qədər humanist prinsiplər üzərində
qurulduğunu və inkişaf etdiyini göstərdi. Bu addım ümumxalq sevincinə səbəb
olmaqla yanaşı Beynəlxalq miqyasda da təqdir edildi.
Ən əsası Azərbaycan
lideri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqa
ən gözəl hədiyyəsini etdi.
News365.az