Mais Bərxudarovun keçmiş sürücüsü qəza zamanı dünyasını dəyişdi - VİDEO

Mais Bərxudarovun keçmiş sürücüsü qəza zamanı dünyasını dəyişdi - VİDEO
12:43

Salyanda ağır yol qəzası baş verib.

News365.az xəbər verir ki, Ələt-Astara magistralının Kür çayı üzərindən keçən hissəsində “Lada Priora” markalı avtomobil qəzaya uğrayıb. Nəticədə Neftçala rayon Xıllı kənd sakini 37 yaşlı Zeyqəm Kamil oğlu İbrahimov həlak olub.

Bildirilib ki, Z. İbrahimov hərbçi olub. O, Vətən müharibəsində iştirak edib və ağır yaralanıb.

Zeyqəm İbrahimov daha əvvəl sabiq korpus komandiri general-leytenant Mais Bərxudarovun sürücüsü kimi də xidmət edib. (Mənbə "Qafqazinfo.az")

 


Sizin reklam burada
Sizin reklam burada