Nazirlər Kabinetindən yeni qərar: Daha bir qayda qüvvəyə mindi

Nazirlər Kabinetindən yeni qərar: Daha bir qayda qüvvəyə mindi
15:50

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası” təsdiqlənib.

News365.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Qayda beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi meyarlarını və prosedurlarını tənzimləyir. Qaydada Proqrama dair müqavilənin bağlanılması, Proqrama tələbə seçimi şərtləri göstərilir.


Sizin reklam burada
Sizin reklam burada