"Heç kim məni narkoloji dispanserə yerləşdirməyib"- Mehriban Xanlarova

"Heç kim məni narkoloji dispanserə yerləşdirməyib"- Mehriban Xanlarova
12:21

Müğənni Mehriban Xanlarova sosial mediada yayılan söz-söhbətlərə aydınlıq gətirib.

News365.az xəbər verir ki, o,  hazırda öz evində, ailəsinin yanındadır və heç kim onu narkoloji dispanserə yerləşdirmədiyini bildirib.

Əziz tamaşaçılar, məni sevənlər, dostlar, tanışlar, qohumlar və mənə doğma olan insanlar! Buradan demək istəyirəm ki, mən evdəyəm.

Heç kim məni narkoloji dispanserə yerləşdirməyib. Videoda da dedim: “Buraya niyə gəlmişəm?” İnanın ki, müxtəlif söz-söhbətlər yayılır.

Bir daha deyirəm: mən öz evimdəyəm, ailəmin yanındayam. Hətta qonşularım da gəlib gördü. Yəni açıq-aşkar deyirəm: evdəyəm.

Bunu niyə paylaşdım? Ona görə ki, bəli, mən narkoloji dispanserə də getdim, psixoloji dispanserə də getdim. Bunu ona görə etdim ki, hər kəs bilsin ki mənim alnım açıqdır. 

News365.az 


Sizin reklam burada
Sizin reklam burada