Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq etdi
15:45

Böyük Britaniya Rusiyanın enerji sektoruna qarşı sanksiya paketini genişləndirib. Rəsmi Londonun qərarına əsasən, Rusiyaya məxsus bir sıra iri neft şirkətlərinin fəaliyyəti məhdudlaşdırılıb.

News365.az-ın məlumatına görə, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin açıqladığı yenilənmiş siyahıya “Tatneft”, “RussNefteft”, “RusNeftegaz” və “NNK-Oil” şirkətləri daxil edilib.

Yeni qərar çərçivəsində ümumilikdə 24 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq olunub. Siyahıda həmçinin “Tekstil-Service”, “ƏDV Factory”, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Saphira Energy”, “Fərqanə Kimya Zavodu”, eləcə də Özbəkistana aid “Gelion Business Trade” və “Chemistry International” şirkətləri yer alır.

Sanksiyaya məruz qalan şəxslər arasında Sergey Dobrinov, Andrey Paleviç, Çingiz Əliyev, Murtaza Əli Laxani və Rüstəm Muminovun adları da var. Qərarın Rusiyanın enerji gəlirlərinə təzyiqi artırmaq məqsədi daşıdığı bildirilir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada