ABŞ Tayvana 11,1 milyard dollarlıq silah paketi satır.
News365.az xəbər verir ki, Tayvan ABŞ-nin adaya rekord həcmdə -11,1 milyard dollar dəyərində silah paketinin satışını davam etdirdiyini açıqlayıb.
Paketə HIMARS sistemləri, haubitsalar, pilotsuz uçuş aparatları və tank əleyhinə silahlar daxildir.
Hazırda satış ABŞ Konqresinin baxışındadır və bu, Donald Trampın hazırkı prezidentlik dövründə təsdiqlənən ikinci silah satışıdır.