Bu dəfə diqqət mərkəzində olan mövzu üzdə yerləşən və çoxlarının əhəmiyyət vermədiyi, lakin ciddi risk daşıyan bir təhlükə ilə bağlıdır.
News365.az xəbər verir ki, gündəlik həyatda üzdə yaranan sızanaqların sıxılması bir çox insan üçün adi vərdişə çevrilib. Halbuki bu davranış düşündüyümüzdən qat-qat təhlükəli ola bilər.
Mütəxəssislərin “üzün təhlükə üçbucağı” adlandırdığı xüsusi bir nahiyə mövcuddur. Burun və dodaq ətrafını əhatə edən bu sahə birbaşa beyin damarları ilə əlaqəli olduğuna görə xüsusi risk daşıyır.
Nevroloq Nailə Ələkbərova bildirib ki, həmin bölgədəki sızanaqların sıxılması infeksiyanın qan vasitəsilə beyinə yayılmasına səbəb ola bilər. Həkimin sözlərinə görə, bu, ağır iltihabi proseslərə, hətta həyati təhlükə yaradan fəsadlara yol aça bilər.
Mütəxəssis üzdə yaranan sızanaqlara müdaxilə etməməyi, bu kimi hallarda mütləq həkim məsləhəti almağı tövsiyə edir.
News365.az