ABŞ-Tayvan silah satışına Çin sərt reaksiya verdi

ABŞ-Tayvan silah satışına Çin sərt reaksiya verdi
16:40

ABŞ-ın Tayvana iri həcmli hərbi texnika satışı Çin tərəfindən kəskin şəkildə tənqid olunub. Çin hakimiyyəti bu addımı ölkənin suverenliyinə və təhlükəsizliyinə ciddi zərər verən hərəkət kimi qiymətləndirərək Vaşinqtonu beynəlxalq öhdəlikləri pozmaqda ittiham edib.

News365.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Szyakun açıqlama verib. O bildirib ki, ABŞ-ın Tayvana müasir silahların satışını açıq şəkildə təsdiqləməsi “vahid Çin” prinsipinə və Çin-ABŞ arasında imzalanmış üçgüclü kommunikenin müddəalarına ciddi şəkildə ziddir.

Quo Szyakun əlavə edib ki, bu qərar Çinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdid yaradır və Pekin milli maraqlarını qorumaq məqsədilə “qətiyyətli və təsirli” addımlar atacaq.

News365.az


Sizin reklam burada
Sizin reklam burada