Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq Ali Avrasiya İqtisadi Şurasının iclasına qatılacağını açıqlayıb.
News365.az xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyanın səfəri 21–22 dekabr tarixlərində baş tutacaq. Sözügedən iclas həmin günlərdə keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi toplantısı ilə eyni vaxta təsadüf edir.
Qeyd olunur ki, tədbirlər çərçivəsində regional iqtisadi əməkdaşlıq və gündəmdə olan məsələlərin müzakirəsi gözlənilir.
News365.az