ABŞ Prezidenti Donald Tramp Ağ Evdə daha bir jurnalistə qarşı kobud davranışı ilə diqqəti cəlb edib.
News365.az xəbər verir ki, hadisə onun Çinə səfərinin yekunlarına dair mətbuat konfransında baş verib.
Tramp uca səslə ona sual verməyə çalışan NBC News müxbirini kobud adlandıraraq, ona arxa sıraya keçməyi məsləhət görüb: "Sən çox kobud insansan. Mən səninlə danışmıram. Ön sırada oturmamalısan. Arxa sırada oturmalısan"