Hörmüzdə neft tankeri partladı

Hörmüzdə neft tankeri partladı
09:20

SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında bir neft tankerinin dəniz minasına düşməsi nəticəsində partlayış və yanğın baş verdiyini açıqlayıb.

News365.az xəbər verir ki, SEPAH ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazından icazəsiz marşrutla keçməyə cəhd edərək qayda pozuntusuna yol vermiş neft tankerinin Oman ərazisindəki Xəsəb limanının girişində dəniz minalarına düşərək partladığını və yandığını iddia edib.

Açıqlamada tankerlərin dəniz minalarına düşməsinin səbəbi kimi Hörmüz boğazında icazəsiz marşrutların seçilməsi və ABŞ ordusunun yaydığı məlumatlara etibar edilərək qaydalara əməl olunmaması göstərilib.


Sizin reklam burada
Sizin reklam burada