Xalq artistinin səhhəti barədə son məlumat - Qızı danışdı

Xalq artistinin səhhəti barədə son məlumat - Qızı danışdı
03 Fev 2025 15:00

Xalq artisti Fatma Mahmudovanın səhhəti normallaşıb.     

News365.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqızı deyib.   

 O, hazırda aktrisanın müalicəsinin davam etdirildiyini bildirib:   

 "Anam xəstəxanadadır və hazırda reanimasiyadadır. Sağlamlığı bərpa olunur. Allah bütün xəstələrə şəfa versin”.   

  Xalq artistinin qızı anası haqqında sosial şəbəkələrdə yayılan məlumatlardan əsəbiləşdiyini qeyd edib:   

 "Oxuyuram, dəhşətə gəlirəm. Adam necə bir insan haqqında olmayan məlumatlar yazar? Hamısı da dəqiqləşməmiş məlumatlardır”.     

Xatırladaq ki, Xalq artisti Fatma Mahmudovanın səhhətində problemlər yaranıb. Həkimlər onun beyin insultu keçirdiyini qeyd edib. 


Sizin reklam burada
Sizin reklam burada