Ramana qəsəbəsinin Şuşa yaşayış massivində yolların vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Sakinlərin News365.az-a sözlərinə görə, ərazidə yolların bir hissəsi uzun müddətdir əsaslı şəkildə təmir olunmayıb. Yağışlı havalarda isə vəziyyət daha da çətinləşir. Yollarda böyük gölməçələr yaranır, bəzi ərazilərdə hərəkət etmək çətinləşir.
Sakinlər bildirirlər ki, yağış sularının yollarda toplanması həm piyadaların, həm də avtomobillərin hərəkətinə mane olur. Xüsusilə uşaqların və yaşlı insanların belə ərazilərdən keçməsi çətinləşir.
Onların sözlərinə görə, problemin həlli üçün yolların təmir olunması, yağış sularının axıdılması üçün uyğun şərait yaradılması və ərazidə yol infrastrukturunun yaxşılaşdırılması vacibdir.
Şuşa qəsəbəsinin sakinləri aidiyyəti qurumlara müraciət edərək problemin aradan qaldırılmasını və ərazidə yolların vəziyyətinin yaxşılaşdırılmasını xahiş edirlər.
News365.az videonu təqdim edir: