Vasif Məhərrəmli Cavanşir Məmmədovun məzarını ziyarət etdi
News365.az xəbər verir ki, müğənni Vasif Məhərrəmli mərhum əməkdar artist Cavanşir Məmmədovun doğum günü münasibətilə onun məzarını ziyarət edib. Sənətçi sənət dostunun məzarı üzərinə gül dəstəsi qoyaraq, onun xatirəsini ehtiramla yad edib.
Qeyd edək ki, Cavanşir Məmmədov uzun illər Azərbaycan musiqisinə xidmət göstərmiş, sevilən ifaları ilə tanınmış sənətkarlardan biri olub.