Düşüncə sahibi olmaq istəyirsinizsə, bunları oxuyun

Düşüncə sahibi olmaq istəyirsinizsə, bunları oxuyun
15:25

Jurnalist Azər Rəşidoğlu mütaliənin insanın dünyagörüşünün və düşüncə tərzinin formalaşmasında rolu ilə bağlı fikirlərini bölüşüb.

O, oxuculara İbn Ərəbi, Molla Sədra, İmam Qəzali və Fərabi kimi Şərq düşüncə tarixinin tanınmış mütəfəkkirlərinin əsərləri ilə tanış olmağı tövsiyə edib.

Azər Rəşidoğlu bildirib ki, bu şəxslərin adlarını bilmək kifayət deyil. Onun fikrincə, əsas məsələ onların əsərlərini oxumaq, üzərində düşünmək və ortaya qoyulan fikirlərə suallar verməkdir.

“Bunları oxumaq lazımdır. Mütləq oxumaq. Sadəcə adlarını bilmək kifayət deyil. Bu əsərlərə girin, oxuyun, düşünün, sual verin, yenidən oxuyun”, – deyə jurnalist qeyd edib.

O vurğulayıb ki, düşüncə sahibi olmaq istəyən şəxslər fəlsəfi və intellektual irslə tanış olmalıdırlar.

“Düşüncə sahibi olmaq istəyirsinizsə, bu mütəfəkkirləri oxumadan keçməyin”, – deyə Azər Rəşidoğlu bildirib.

Jurnalist bunun şəxsi seçimi olduğunu da qeyd edərək, fərqli mütaliə siyahılarının olmasının və müxtəlif müəlliflərin oxunmasının vacibliyini vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada