Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anım günü ilə əlaqədar onun məzarı ziyarət olunub.
News365.az xəbər verir ki, ziyarət zamanı yazıçının xatirəsi yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
Tədbirdə İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən, yaradıcılığının milli dramaturgiya və nəsrin inkişafındakı rolundan bəhs olunub.
Qeyd edək ki, Xalq yazıçısı İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir.