Uşakda mikroavtobus aşdı: 23 yaralı

Uşakda mikroavtobus aşdı: 23 yaralı
13:13

Uşakın Eşme rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşıb, nəticədə 23 nəfər yaralanıb.

News365.az xəbər verir ki, Mikroavtobusun sürücüsü Osman K., Yeşilkavak kəndi yaxınlığında idarəni itirib və nəqliyyat vasitəsi aşıb. Hadisə barədə məlumat daxil olan kimi bölgəyə təcili tibbi yardım və jandarma qrupları göndərilib.

Yaralılar Uşak Təhsil və Araşdırma XəstəxanasıEşme Dövlət Xəstəxanasına çatdırılıb. Sürücü Osman K. ifadəsi alınmaq üçün jandarma karakoluna aparılıb.

Hadisə ilə bağlı istintaq davam edir.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada