Ukraynanın Baş naziri Nazirlər Kabinetinin binasının zədələnməsini təsdiqlədi - FOTOLAR

Ukraynanın Baş naziri Nazirlər Kabinetinin binasının zədələnməsini təsdiqlədi - FOTOLAR
10:00

Ukraynanın Baş naziri Yuliya Sviridenko gecə hücumu nəticəsində Nazirlər Kabinetinin binasının zədələnməsini təsdiqləyib.

Bu barədə UNİAN nəşri yazıb.

“İlk dəfə olaraq düşmənin hücumu nəticəsində hökumət binası zərər görüb. Dam örtüyü və yuxarı mərtəbələr dağılıb.

Hazırda xilasedicilər yanğını söndürmək üçün çalışırlar. Binaları bərpa etmək olar, lakin itirilmiş insan həyatlarını geri qaytarmaq mümkün deyil. Düşmən hər gün ölkənin müxtəlif bölgələrində xalqımızı terrora məruz qoyur”, – deyə o bildirib.





Sizin reklam burada
Sizin reklam burada